Meksikada avtobus dərəyə aşıb, 23 nəfər yaralanıb

Meksikanın Çyapas ştatında avtobus qəzasında ən azı 23 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə fövqəladə hallar üzrə regional idarəsində bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitəsi Emiliano-Sapata bələdiyyəsi yaxınlığında dərəyə aşıb.


Hakimiyyət orqanları vəziyyəti ağır olaraq qiymətləndirilən yaralıları təxliyyə etmək üçün helikopterləri cəlb ediblər. İlkin məlumata görə, qəzaya səbəb avtobusun nasaz olması olub.