Meksika ilə sərhəddə böhran daha da pisləşəcək – Tramp

ABŞ-Meksika sərhədində qanunsuz miqrant axınının artması ilə əlaqəli böhran yaxın gələcəkdə ciddi şəkildə pisləşəcək.

AzerTimes-ın məlumatına görə, bunu “Fox News” telekanlının efirində keçmiş ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: “Biz görürük ki, hazırda miqrantların sayında çox pis rəqəmlər var, lakin rəqəmlər daha da pisləşəcək. Qısa müddətdə bu rəqəmlərin əvvəllər görünməmiş bir səviyyəyə yüksələcəyini görəcəksiniz”.


Keçmiş ABŞ prezidenti qeyd edib ki, Ağ Evin yeni rəhbərliyinə Meksika ilə sərhəddəki hasarı tamamlamaq üçün “bir ay vaxt lazım idi”.