Meksika herbçiləri ölkənin qərbində bir qrup narkotik kartelin silahlılarını saxlayıblar

Meksika hərbçiləri “Xaliskonun yeni nəsli” adlanan narkotik kartelinin silahlı qanadının üç üzvünü tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Noticias MVS” radio stansiyası bildirib.

Məlumata əsasən, silahlılar ölkənin Nayarit ştatında bir qrup təhlükəsizlik işçilərinə hücumundan sonra saxlanılıb.


Axtarış zamanı saxlananlardan RPQ-7 qumbaraatan və ona bir neçə atəş, ABŞ istehsalı olan əl bombaları, bir neçə pulemyot və iki avtomat götürüldü.