MEDİA tərəfindən həyata keçirilən layihələr dəstək layihələridir – Əhməd İsmayılov

Xəbər - Çingiz Səfərli -Trend:

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən həyata keçirilən layihələr dəstək layihələridir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, bu adından da göründüyü kimi dəstəkdir, heç də həmin media orqanın bütün xərclərini qarşılaya bilməz. Bu dəstəkdə məqsəd isə çatışmayan maliyyə resursunu qarşılamaqdır:

“Biz bu müsabiqələri təşkil edərkən keçirdiyimiz görüşlər əsasında medianın ehtiyaclarını qiymətləndirib qərara gəlirik. Media subyektləri tərəfindən bizə olan müraciətlərin hamısında demək olar ki, belə bir dəstəyə ehtiyac olduğu vurğulanırdı. Maliyyədən əlavə kadr potensialının inkişaf etdirilməsi üçün də layihələrin keçirilməsi barədə təkliflər var idi. Biz bu istiqamətdə də tədbirlər həyata keçirməkdəyik. Bu layihələr gələcəkdə olacaq layihələrin cüzi bir hissəsidir”.

Teqlər: