“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir – Əhməd İsmaylov

Xəbər - Elçin Mehdiyev – Trend:

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Media İnkişaf Agentliyinin İdarə heyətinin sədri Əhməd İsmaylov deyib.

Ə.İsmaylov bildirib ki, hazırda media subyektlərinin təklifləri müzakirə olunur. O qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda aidiyyatı orqanlara təqdim ediləcək: “Daha sonra isə qanun layihəsi ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.


Teqlər: