“McLaren” komandasının bütün diqqəti Bakının gözəl trasına yönəlib – Komandanın rəhbəri

Xəbər - Zeyni Cəfərov – Trend:

Formula 1 üzrə Monako Qran-prisindən sonra “McLaren” komandasının bütün diqqəti Bakının gözəl trasına yönəlib.

Trend-in məlumatına görə, bunu komandanın rəhbəri Andreas Zaydl deyib.

O bildirib ki, Bakı trasının konfiqurasiyası uzun düz hissələrin və çoxlu ləng döngələrin olması ilə fərqlənir:

“Bu şəraitdə düzgün balansı tapmaq çox vacibdir. Bakıya qayıtmaq çox gözəldir. Ötən il pandemiya ilə əlaqədar burada yarış keçirilməmişdi. Monakodan fərqli olaraq bu trasın digər xüsusiyyətləri var və qarşıdakı həftəsonu bizi başqa cür çətinliklər gözləyir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: