Maşın şou iştirakçıları bəlli oldu

Maşın şou iştirakçıları bəlli oldu

“Maşın şou” yarışmasının başlanmasına 13 gün qalıb.

Şouda iştirak edəcək şəxslərin siyahısı artıq təsdiqlənib, hətta onlarla rəsmi qaydada müqavilə də imzalanıb: “Əlbəttə, çoxları bu 18 nəfərin yerində olmağı arzu edirdi. Yüzlərlə namizədin içindən seçilən 18 nəfər isə 13 gündən sonra hamıya məlum olacaq. Qeyd edim ki, bu adamların hər biri Murad Dadaşovun təsdiqi ilə şouya dəvət alır”.

Lahiyənin mətbuat katibi mediada kimlərinsə şouda iştirakdan imtina etməsi barədə xəbərlərə də münasibət bildirib: “Maşın Şou sıradan bir veriliş deyil. İlk növbədə bu realiti şoudur. İnsanlar 21 gün ərzində canlı yayımda olur, bu isə qısa müddət deyil. Şoumuzun prodüserləri şouda iştirak edə biləcək insanlarla əlaqə qurur, onların iş qrafikləri ilə tanış olurlar. Yəni bu zənglər məlumatlandırma məqsədi daşıyır. Daha sonra son seçimlər həyata keçirilir. Bizim hamımızı 21 yuxusuz gecə gözləyir”.

Qeyd edək ki, “Maşın Şou” 14-cü dəfə 28 maydan etibarən hər axşam saat 22:00-da, ATV kanalında yayımlanacaq.