Masazırda səkkizmərtəbəli binada yanğın olub

Abşeron rayonunun Masazır qəsəbəsində səkkizmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan mənzilin (təmir olunur) eyvanında qaz sayğacı, pəncərə çərçivəsi və istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: