Masallıda mebel sexi yanıb

Masallı rayonunda mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılan taxta materialları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: