Masallıda maşın oğrusu tutuldu

Masallıda maşın oğrusu tutuldu

Masallıda avtomobil oğurluğu hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də rayon sakini Əlikamal İbrahimova məxsus “VAZ-21063” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Xəlfələr kənd sakini Cavad Qasımov tutulub.

Araşdırma aparılır.