Marsda insan sümüyü tapıldı

Marsda insan sümüyü tapıldı

Mars planetindəki fəaliyyətinə davam edən Curiosity Kəşf Maşınının çəkdiyi iddia edilən fotolar mübahisəyə səbəb olub.

Getdiyi hər bucağı dünya ilə paylaşan nəqliyyat vasitəsindən yayılan son şəkillər yadplanetlilərin varlığı ilə bağlı sirli məlumatları sanki bir daha təsdiq edir.

Şəkillərin bəzilərində sümüyü xatırladan görüntülərin olması Mars araşdırmaçıları tərəfindən bir daha müzakirə olundu.

marsda-sumuk

Sözügedən fotoar NASA vasitəsilə paylaşılır. Alimləri ən çox həyəcanlandıran görüntü isə yançaq sümüyü”nü xatıladan bir sümük görüntüsü olub. Martian Archaeology (Mars Arxeologiyası) adlı bir qrup tərəfindən video olaraq yayımlanan bu görüntülərin dünya xaricindəki bir həyata aid ola biləcəyi iddia edilir.

Dünya xaricindəki həyatla bağlı araşdırma aparan qrup bu şəkillərin ardınca Marsla bağlı araşdırmalarının da sürətini artırıb.

2 metrə qədər uzanan robot qolları, 2.7 metrlik genişliyi və 2.1 metrlik hündürlüyə sahib Curiosity, daha öncə də Marsdan paylaşdığı bəzi görüntülərlə yeni elmi araşdırmaların başlamasına səbəb olmuşdu.