Maradona Trampa sataşdı

Maradona Trampa sataşdı

Əfsanəvi Argentina futbolçusu Dieqo Maradona dünya liderlərindən danışıb.  

Rusiya mətbuatına müsahibəsində o, siyasəti futbola bənzədib. Maradonanın fikrincə, Putin yüksək liqada oynayır.

“Putin-fenomendir, Uqo Çaves və Fidel Kastrodan sonra Vladmir Putin Daniel Orteqa və Eva Moraleslə birgə yüksək liqanı təmsil edir. O, dünyanı dəyişə biləcək liderlərdəndir”.

Bununla yanaşı, futbolçu Tramp barədə də danışıb və onu ciddi siyasətçi kimi görmədiyini deyib.

“Mən onu ciddi siyasi lider kimi qəbul edə bilmirəm. Mənim üçün o, hər şeydən əvvək komikslər və cizgi film qəhrəmanlarına bənzəyir”.