“Mançester Yunayted” Ronaldunu ictimaiyyətə təqdim edib

“Mançester Yunayted” Kriştianu Ronaldunu ictimaiyyətə təqdim edib.

AzerTimes xəbər verir ki, təcrübəli hücumçunun transfer qiyməti 15 milyon avro təşkil edib. Bu məbləğ “Yuventus”a qarşıdakı 5 il ərzində ödənilməlidir. Bundan başqa, Ronaldu nailiyyətlər əldə edəcəyi təqdirdə Turin təmsilçisinə 8 milyon avro əlavə bonuslar da nəzərdə tutulub.

Kriştianu ilə 2 illik müqavilə imzalanıb. O, etimadı doğruldacağı halda sövdələşmə müddəti daha 1 il artırılacaq. Əvvəlcə komandanın baş məşqçisi Ule Qunnar Sulşerlə görüşən portuqaliyalı hücumçu artıq “qırmızı şeytanlar”ın düşərgəsində ilk məşqə də çıxıb.

Teqlər: