“Mançester Siti” “Fulhem”ə qalib gələrək liderliyini mohkəmlənirdi

“Mançester Siti” İngiltərə Premyer Liqasının 28-ci tur matçında səfərdə “Fulhem”ı məğlub etdi.

Trend Lenta.ru-ya istinadən xəbər verir ki, görüş qonaqların xeyrinə 3:0 hesabı ilə başa çatıb.

Qolları Con Stounz, Qabriel Jesus və Serxio Aquero vurublar.


“Mançester Siti”yə bu qələbə ilə 71 xal toplayaraq çempionatda liderliyini möhkəmləndirib. Premyer Liqanın yeni oyunçusu “Fulhem” isə 26 xalla 18-ci yerdədir.

“Mançester Siti” növbəti turda 3 aprel tarixində səfərdə “Lester”lə oynayacaq. “Fulhem” martın 19-da “Lids”i qəbul edəcək.

Teqlər: