“Mançester” rekordunu yenilədi

“Mançester” rekordunu yenilədi

İngiltərənin “Mançester Yunayted” klubu məğlubiyyətsizlik seriyasını davam etdirir.

Joze Mourinyonun yetirmələri bu mövsüm futbol üzrə İngiltərə Premyer Liqasında 24 oyundur məğlub olmurlar. “Qırmızı şeytanlar” dünən keçirilən “Mançester Siti” ilə qarşılaşmada qolsuz heç-heçə edərək bir mövsümdə ən çox məğlubiyyətsiz oyun seriyası rekordunu təkrarlayıblar.

Mançesterlilər sonuncu dəfə 2016-cı ilin oktyabrında “Çelsi”yə uduzub. İlk rekord isə 2010-2011-ci il mövsümündə (24 oyun) qeydə alınıb.