“Made in Azerbaijan” brendinin təşviqi mexanizmi ilə ixracatçılara daimi dəstək göstərilir – AZPROMO

Xəbər - Zeyni Cəfərov – Trend:

2016-cı ildən başlayaraq “Made in Azerbaijan” brendinin təşviqi mexanizmi vasitəsilə Azərbaycanda ixracatçılara daimi dəstək göstərilir.

Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxrcın Təşviqi Departamentinin direktoru Tural Hacılı deyib.

O bildirib ki, bu mexanizm vasitəsilə yerli ixracatçılara bazar araşdırmalarının keçirilməsində, sertifikartların alınmasında və beynəlxalq sərgi-yarmarkalarda vahid stend və digər üsullar vasitəsilə satış yollarının axtarışında kömək göstərilir: “Bundan başqa, hazırda Təhsil və İqtisadiyyat Nazirlikləri tərəfindən “İxrac akademiyası” pilot təlim layihəsi başa çatıb. Bu layihənin məqsədi qeyri-neft və özəl sektorlarda işləyən ixrac menecerlərinin bacarıqlarını artırmaqdır”.

Departament direktoru əlavə edib ki, AZPROMO tərəfindən ixracatçılara fərdi qaydada xidmətlər göstərilir. İxracatçılarda genişlənmə ilə bağlı məsələlərdə çətinliklər yarandığı təqdirdə dəstək mexanizmləri təklif olunur və onların problemləri müvafiq dövlət orqanlarının köməyi ilə həll olunur.


(Tərcümə: Orxan Nəbiyev)