Məşhur aktyor özünə qəsd etdi

Məşhur aktyor özünə qəsd etdi

31 yaşlı aktyor Vasiliy Stepanov Moskvada özünü beşinci mərtəbədən tullayıb. Lakin aktyor sağ qalıb.

Fyodor Bondarçukun “Обитаемый остров” filmindən sonra məşhurlaşan aktyor ağır yaralanıb. Xəstəxanadan bildirilib ki, onun çanağı, sağ çiyni, hər iki ayağının dabanı sınıb.
Hadisə 11 aprel səhər saatlarında baş verib.
Şahidlərin sözlərinə görə, aktyor pəncərədən qəsdən tullanıb.

O, Moskvadakı mənzilində valideynləri ilə birlikdə yaşayırmış.

Qeyd edək ki, bundan 2 ay öncə aktyor buzda sürüşüb beli üstə yıxıldığına görə xəstəxanaya düşmüşdü. Onun bel fəqərəsində 2 sınıq diaqnozu verilmişdi və hərəkət edə bilmirdi. Onun əlil olmaq riski var idi.

Çox güman ki, yaraşıqlı aktyor əlil olmaqdansa ölümü tərceh edib.