Lütfi Zadənin cənazəsi Bakıya gətirildi

Lütfi Zadənin cənazəsi Bakıya gətirildi

Mərhum alim Lütfi Zadənin Bakıdadır. Cənazə xüsusi ayrılmış maşında Heydər Əliyev Beynəlxalq Aeroportundan Heydər Məscidinə aparılıb.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) saat 12.00-da başlayacaq. Daha sonra onun cənazəsi I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat edib.