“Lukoyl” neft qiymətləri ilə bağlı proqnozu açıqlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Neft hasilatının bərpası ilə bağlı OPEC+ sazişindən sonra neft qiymətləri bir barel üçün 68-75 dollar diapazonunda qalacaq.

AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

O bildirib ki, hazırda neft istehlakı sabitdir və artmaqda davam edir: “Artım Rusiyada olduğu kimi, Avropa və Amerikada, xüsusilə də Çində müşahidə olunur”

V.Ələkbərov əlavə edib ki, “Lukoyl” OPEC+un hasilatın bərpası və sazişin 2022-ci ilin sonuna kimi uzadılması qərarını dəstəkləyir.

Teqlər: