Lukaşenko Rusiyaya səfər edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti bildirib.

A.Lukaşenkonun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.


Görüş zamanı ikitərəfli əməkdaşlığın, ticari-iqtisadi münasibətlərin inkişafının müzakirəsi nəzərdə tutulur.