Los-Ancelesdə erməni narkokartelinə zərbə endirilib, 16 ton narkotik vasitə ələ keçirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Los-Anceles şəhərində polis 16 ton marixuana aşkar edib.

AzerTimes-ın məlumatına görə, bu, regionda narkotik biznesinə qarşı keçirilmiş ən böyük əməliyyat olub.

Los-Anceles dairəsinin şerifi Aleks Vilyanueva bildirib ki, əməliyyat zamanı 1,2 milyard dollar dəyərində narkotik vasitə müsadirə olunub.

Qeyd olunur ki, bu narkotik vasitələr meksikalı, eləcə erməni qruplaşmalar tərəfindən dövriyyəyə buraxlıb.


A.Vilyanueva polis əməkdaşlarının tezliklə bu dəstələrə qarşı əməliyyata başlayacağını deyib.