Londonda fövqəladə vəziyyət rejimi elan olundu

London meri Sadik Xan koronavirus epidemiyası ilə əlaqədar şəhər xəstəxanalarının dolması fonunda fövqəladə vəziyyət rejimi elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb:

“Londonun hər 30-cu sakini COVİD-19-a yoluxub. Biz dərhal tədbirlər görməsək, səhiyyə xidmətimiz yüklənəcək və daha çox insan öləcək”.

Xan insanların evdə qalmaları və zərurət olmadıqca çölə çıxmamaları üçün yalvardığını bildirib.

www.yenicag.az

Teqlər: