Liviyada iki hərbi helikopter toqquşub, ölənlər var

Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a mənbə xəbər verib.

Məlumata əsasən, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.


Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub.

Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.