Liviya Prezident Şurasının rəhbəri milli barışığın başladığını rəsmən elan edib

Liviya Prezident Şurasının rəhbəri Məhəmməd əl-Menfi ölkədə hərtərəfli milli barışıq layihəsinin başladığını rəsmən elan edib.

AzerTimes-ın məlumatına görə, bu barədə rəhbər orqanın “Facebook” səhifəsindəki açıqlamada bildirilib.


Bildirilib ki, Liviya daxili barışığın həyata keçirilməsi üzrə səylər çərçivəsində məhkəmə qərarları ilə müxtəlif cinayət işləri üzrə həbs edilən şəxslər azadlığa buraxılıb.