Liviya miqrantları dənizdə batdı

Liviya miqrantları dənizdə batdı

Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi qəzaya uğrayıb.

Hadisə nəticəsində 30-dan çox miqrant batıb.

Məlumata görə, İtaliyaya üz tutan gəmi Liviyadan dənizə çıxıb və göyərtəsində 200-dək miqrant olub. Onların vətəndaşlıqları barədə məlumat verilmir. Ölənlərin əksəriyyətinin azyaşlı uşaqlar olduğu bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

İlin əvvəlindən dəniz vasitəsilə Avropaya 44 minə yaxın qeyri-qanuni mühacir daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən onlardan təxminən 1300 nəfəri ölüb.

miqrantlar