Liviyada 140 adam öldürüldü

Liviyada 140 adam öldürüldü

Liviyanın cənub bölgəsində yerləşən aviabazaya silahlı hücum nəticəsində 140 nəfər ölüb.

Hərbi paraddan qayıdan hərbçilər silahsız olub. Hücum nəticəsində həmçinin aviabazada işləyən və yaxınlıqda yaşayan dinc sakinlər də ölüb.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Milli Barışıq Hökuməti aviabazaya hücum barədə əmr vermədiyini bəyan edib.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.