Livanda etirazçılar əsas yolları bağlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Livanda davam edən etiraz aksiyası çərçivəsində paytaxt Beyrutun əsas magistral yolları bağlanıb.

AzerTimes-ın məlumatına görə, etirazçılar səhər saatlarından etibarən paytaxtın şimal hissəsində yanan təkərlərdən və zibil qablarından ibarət barrikadalar qurub.

Eyni zamanda, ölkənin şimalındakı Biblos və Batrun şəhərlərində, eləcə də cənubdakı Sayda və Tir şəhərlərində yollar bağlanıb.


Etirazçılar ölkə hökumətindən iqtisadi böhrandan çıxış üçün fəaliyyətə keçməyi tələb edir.