Livanda baş verən toqquşmalarda 4 nəfər ölüb

Livanın Beyrut şənərində Xalde rayonunda baş verən toqquşmalarda ən azı 4 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Al Arabiya” televiziya kanalı bildirib.

Məlumata əsasən, Livan “Hizbullah” hərəkatının nümayəndələrindən birinin dəfn mərasimi zamanı hərəkatın üzvləri ilə ərəb qəbilələrinin silahlıları arasında qarşıdurma baş verib.

Livan ordusu toqquşmaları dayandırmaq üçün cəlb edilib.