Litvanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gələcək

25 apreldə Litvanın Xarici İşlər Naziri Qabrielus Landsberqisin Cənubi Qafqaz ölkələrinə səfəri başlayır.

AzerTimes-ın Litva XİN-nə istinadən verdiyi məlumata görə, Nazir Ermənistana, Gürcüstana və Azərbaycana səfəri zamanı Litvanın Cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin gələcək inkişafı, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Q.Landsberqis səfər əsnasında bölgə ölkələrindəki islahat proseslərinə dəstəyini ifadə edəcəkdir.

Litva Xarici İşlər Nazirinin Cənubi Qafqaz ölkələrinə səfəri, ilk növbədə “şərq qonşuluğuna” yönəlmiş Litvanın xarici siyasətinin prioritetlərini əks etdirir. Cənubi Qafqazın hər üç dövləti Aİ-nin şərq qonşuları ilə əlaqələrini gücləndirməyə yönəlmiş Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirak edir.

Teqlər: