Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu yekunlaşır

Xəbər - Çingiz Səfərli – Trend:

İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, müraciətlər bu gün saat 16:00-dək qəbul edilir.

Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz: https://cutt.ly/bm7oBje.

Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq. Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Teqlər: