Lion FK-da yenə qalmaqal

Lion FK-da yenə qalmaqal

Fransanın “Lion” futbol klubunun matçında növbəti dəfə qalmaqal baş verib. Fransa Liqasının 33-cü turunda keçirilən “Bastiya – Lion” matçı yarımçıq qalıb. Buna meydan sahibi azarkeşlərinin qonaq komandanın futbolçularına hücum çəkməsi səbəb olub.

Belə ki, qarşılaşmadan 50-yə yaxın “Bastiya” azarkeşi meydana daxil olaraq, öncə isinmə hərəkətləri edən “Lion” futbolçularına hücum edib. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsindən sonra ara bir qədər sakitləşib. Ancaq matçın fasiləsində stadion işçilərindən biri ilə “Lion”lu futbolçu dava edib. Nəticədə fanatlar növbəti dəfə meydana giriblər. Baş hakim Amauri Delerue isə matçı yarımçıq dayandırmaq qərarına gəlib. Hadisə ilə əlaqədar Fransa Futbol Federasiyasının sərt qərarlar qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 14-ü Beşiktaş – Lion matçında da azarkeşlər meydançaya axışmışdılar.