Leyla Abdullayeva azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı başsağlığı verib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Kəlbəcərdə minaya düşərək həlak olan iki azərbaycanlı jurnalistin ölümü ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

L.Abdullayeva bildirib: “Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olan jurnalistlərinn ailələrinə dərin hüznlə başsağlığı veririk. Dualarımız sizinlədir!”

Qeyd edək ki, bu gün Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Teqlər: