Lənkəranda üçmərtəbəli binada yanğın olub

Lənkəran şəhərində ümumi sahəsi 7200 m² olan (hər mərtəbəsi 2400 m²) hazırda fəaliyyət göstərməyən üçmərtəbəli binanın birinci mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb


Teqlər: