Lənkəranda qətlin üstü açılıb

Lənkəranda qətlin üstü açılıb

İyunun 21-də Lənkəran rayonunun Liman şəhərində törədilmiş qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Arifə orada ölüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib.