Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb (FOTO)

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Teqlər: