Lənkəran pomidorlarının Avropa ölkələrinə tədarükü müzakirə olunur – Aİ

Xəbər - Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev – Trend:

Avropa İttifaqının “EU4Lankaran” layihəsi Lənkəranda meyvə və tərəvəz istehsalının inkişafına yönəlib.

AzerTimes-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, layihə həm də bu sektorla bağlı müxtəlif məsələləri, xüsusilə də ətraf mühit, su resursları ilə bağlı məsələləri tənzimləyir.


Onun sözlərinə görə, hazırda Lənkəran pomidorlarının Avropa ölkələrinə tədarükü məsələsi müzakirə olunur.