Ləğv edilmiş MTN-nin sabiq idarə rəisi və digər şəxslərin məhkəməsinin vaxtı məlum olub

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlu və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatına verilən cinayət işinin hazırlıq iclası sentyabrın 23-ə təyin olunub.

Cinayət işində Emin Abbasov, Rahib Ağayev, Vüqar Ağayev zərərçəkmiş qismində tanınıb.


Teqlər: