Laura qasırğası 4 nəfərin ölümünə səbəb oldu

Laura qasırğası 4 nəfərin ölümünə səbəb oldu

Laura qasırğası ABŞ-ın Luizana əyalətində 4 nəfərin ölümünə səbəb olub.

Ölənlərdən biri 14 yaşlı qızdır. 4-cü səviyyə kateqoriyasında müəyyən edilən qasırğa əyalətdə maddi itkilərə də yol açıb.

Keçdiyi yerlərdə su səviyyəsinin qalxmasına, selə səbəb olan “Laura” Luiziana və Texas əyalətlərində 700 min nəfəri işıqsız qoyub.

Qasırğanın Arkanzas və Tennessi ştatlarında tornadoya səbəb olacağı proqnozlaşdırılır.

Qubernatorun sözlərinə görə, Luizianada qasırğa nəticəsində azı 4 nəfər həlak olub. Onlardan üçü ağacların tikililərin üzərinə aşması zamanı şəxsi evlərində ölüb.
Bunlardan biri azyaşlı qız uşağı, 2 kişi və dördüncü şəxsin naməlum olduğu bildirilir.