Latviya prezidenti yol qəzasına düşüb

Latviya Prezidenti Egils Levitsin xidməti avtomobili paytaxt Riqada təhlükəsizlik xidmətinin avtomobili ilə toqquşub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, prezidentin “Lexus LS 600 HL” markalı avtomobili təhlükəsizlik xidmətinin “Volkswagen Touareg” avtomobilinə çırpılıb.


Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmayıb.