KXDR uzun mənzilli yeni qanadlı raketini sınaqdan keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) 12 və 12 sentyabr tarixlərində uzun mənzilli yeni qanadlı raketini sınaqdan keçirib.

AzerTimes-ın “Yonhap”a istinadən verdiyi məlumata görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyindən bildiriblər.

Məlumata əsasən, raketin hissələri, o cümlədən mühərrikləri sınaqdan keçirilib, müxtəlif uçuş, idarəetmə və tuşlama sistemləri, döyüş başlıqları və digər elementlər sınaqdan keçirilib.


Bildirilir ki, böyük əhəmiyyət kəsb edən strateji silah olan uzun mənzilli qanadlı raketin hazırlanması üzrə işlər son iki ildə həyata keçirilib.

Qeyd edilir ki, uzun mənzilli qanadlı raketlər KXDR-nin ərazisi və ərazi sularının üzərindən 7 580 saniyəyə keçərək 150 kilometr aralıdakı hədəfləri uğurla vurub.