Küveytdən Bakıya birbaşa aviareyslər başlayıb

Küveytdən Bakıya birbaşa aviareyslər başlayıb

Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb.  

Bu barədə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

Əl-Küveyt şəhərindən Bakıya ilk reys bu gün baş tutub.

Bu reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və hər il 16 istiqamət üzrə 1,25 milyon sərnişinə xidmət göstərir.