“Kurtlar Vadisi – VATAN”

“Kurtlar Vadisi – VATAN”

Türkiyə film tarixinin ən uzunmüddətli seriallarından biri olan “Kurtlar Vadisi” ekrana qayıdır. Ötən ilin iyul ayındakı dövlət çevrilişinə cəhddən sonra yayımı dayandırılan serialın silsiləsindən olan filmin çəkilişləri başlayıb. Serialın çəkilişlərini aparan “Pana Film”in yeni filmi “Kurtlar Vadisi Vatan” adlanır.

On ildən artıqdır davam edən və Azərbaycanda da böyük izləyici kütləsi olan serialın yeni film versiyasının çəkilişləri Antalyada aparılır.

Qeyd edək ki, daha öncə də serialın “Kurtlar Vadisi İraq”, “Kurtlar Vadisi Gladio” və “Kurtlar Vadisi Fələstin” adlı versiyaları lentə alınmışdı.

“Pana Film”in rəhbəri, serialda baş rolu canlandıran Necati Şaşmaz (Polad Alemdar) çevriliş cəhdindən sonra “Kurtlar Vadisi Darbe” adlı film çəkmək üçün müraciət edəcəklərini açıqlamışdı. Lakin çevriliş cəhdindən aylar öncə bu adı almaq üçün müraciət etdikləri üzə çıxmış və serialın çəkilişi dayandırılmış, rəhbərlik barədə araşdırma başlanmışdı.