Kürdəmirdə “Mercedes” yanıb

Kürdəmir rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Çöl Ərəb kəndində “Mercedes” markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: