Kürdəmir rayon İcra başçısı və müavini həbs edildi

Kürdəmir rayon İcra başçısı və müavini həbs edildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayonunun İcra başçısı Ceyhun Cəfərov göz altına alınıb.

Ceyhun Cəfərovla birgə birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.