Küçəyə çıxmaq üçün belə SMS-icazə alınmalıdır

Küçəyə çıxmaq üçün belə SMS-icazə alınmalıdır

Operativ Qərargahın SMS icazə ilə bağlı qərarına əsasən, vətəndaşlar 3 indeks üzrə yaşayış yerini tərk edə biləcək.

1-ci indeks üzrə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, 2-ci indeksi üzrə ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar, 3-cü indeks üzrə isə yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk edə bilər. Birinci və ikinci indeks üzrə vətəndaşlar 8103 nömrəsinə SMS göndərməklə, 3-cü indeks üzrə isə Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə ala bilərlər.

1 və 2-ci indeksdən istifadə zamanı vətəndaşlara 2 saatlıq müddət verilir.

İcazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.

Dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.

İcazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

– təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

– ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

– yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bununla bağlı 8103 nömrəsinə SMS – məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir).

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi tətbiq ediləcək.