Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas KTMT-nin növbəti sammitinin gündəmini müzakirə etdiklərini deyib.
Baş katibin sözlərinə görə, iclasda Dağlıq Qarabağ, Qırğızıstan və Belarus məsələsi müzakirə edilib.
Zas, həmçinin Cənubi Qafqazda bir-birilə mübarizə aparan tərəflər arasında dialoqun bərpa olunması üçün işin aparıldığını bildirib. O, bu regionda sülhməramlılarla bağlı müzakirənin aktiv şəkildə aparıldığını deyib.