Kristofer Nolan yeni film çəkdi

Kristofer Nolan yeni film çəkdi

Tanınmış rejissor Kristofer Nolan yeni film çəkdi. İkinci Dünya Müharibəsi çərçivəsində həyata keçirilmiş ən irimiqyaslı hərbi əməliyyatlardan biri olan “Dunkirk” zamanı 300.000 əsgərin necə xilas olduğundan bəhs edəcək.

Britaniya əsgərləri ilə ittifaq qoşunları tələyə düşərək düşmənlə amansız döyüş aparmalı olacaqlar. Filmdə baş rolları Tom Hardy, Cillian Murphy, Mark Rylance, Kenneth Branagh, Harry Styles və digərləri canlandırıblar.

“Dunkirk” filminin premyerası bu ilin İyul ayında baş tutacaq.