Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Rusiya Federasiyasının Krasnoyarsk vilayətində fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin təşkilatçılığı ilə Krasnoyarskın “TBK” telekanalında görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Komitədən AzerTimes-a verilən məlumata görə, Beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin rəhbəri Ceyhun Cəfərov bildirib ki, xalqımızın ümummilli liderinin anadan olmasının 98-ci ildönümü münasibətilə tamaşaçılara təqdim olunacaq 28 dəqiqəlik “Şəxsiyyətin cazibəsi” (“Обаяние личности”) sənədli filmi mayın 10-da Bakı vaxtı ilə saat 12:00-da nümayiş etdirilib.

Filmi “ТВК” kanalının http://tvk6.ru/ internet səhifəsindən də izləmək mümkündür.

Teqlər: