Koronavirusun daha bir ştammı aşkarlanıb

Çexiyada koronavirusun yeni ştammı aşkarlanıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, yeni ştamm koronavirus testləri aparan “Elisabeth Pharmacon” ixtisaslaşdırılmış laboratoriyanın əməkdaşları tərəfindən müəyyən edilib.

Məlumata əsasən, yeni aşkarlanan ştamm bundan əvvəl müəyyən edilən “Britaniya” və “Cənubi Afrika” ştammlarından daha təhlükəli deyil.

Hazırda yeni ştammın araşdırması davam edir.