Koronavirusa yoluxanlar duş qəbul edə bilərmi? – Mütəxəssis açıqladı

Xəbər - Çingiz Səfərli – Trend:

Koronavirusa yoluxan xəstələrin duş almasında heç bir problem yoxdur.

AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.

O bildirib ki, bu məsələdə cəmiyyət arasında yanlış fikir formalaşıb: “Xəstə var ki, karantin müddəti bitənə qədər duş almır. Natəmizlik digər ciddi problemlərə səbəb ola bilər. COVID xəstələri mütəmadi olaraq duş ala bilərlər. Sadəcə, duş aldıqdan sonra mümkün qədər soyuqdan qorunmaq lazımdır. Yəni, xəstə duş aldıqdan sonra kondisioner altında oturursa, eyvana çıxırsa, bu, əlbəttə ki, xəstə üçün əlavə problem yarada bilər. Amma ümumilikdə heç bir problem yoxdur. Bəzən həmkarlarımız xəstəyə yaxşı qidalanmaları barədə tövsiyə verirlər. Amma yaxşı qidalanmaq, çox qidalanmaq, hər şeyi yemək deyil. Yaxşı qidalanmaq əslində balanslı qidalanmaqdır. Digər tərəfdən, qidalanma hər insan üçün xüsusi ola bilər. Məsələn, həkimlər çoxlu maye qəbul etməklə bağlı tövsiyə verirlər. Ola bilər ki, bəzi xəstələrə 3-5 litr maye qəbulu problem yaratmaz, amma kiməsə 1 litr maye böyük problem yaradar və vəziyyəti daha da ağırlaşa bilər”.

Twitter:@cingizsafarli

Teqlər: